"Neftçi" "cırtdan"ın gənclərinə uduzdu

"Neftçi" "cırtdan"ın gənclərinə uduzdu

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçirilir. Fanat.az xəbər verir ki, “Neftçi” doğma meydanda “Baltsan”la qarşılaşıb.

İlk oyunda 2:0 hesablı qələbə qazanan "Neftçi" növbəti mərhələyə vəsiqəni demək olar ki, həll etmişdi. Amma hər kəs "ağ-qaralar"dan Baltsan şəhərinin gənclərdən ibarət komandası ilə oyunda qələbə gözləyirdi. Lakin "Neftçi" bunun öhdəsindən gələ bilməyib.

Hesabı 20-ci dəqiqədə Jayro Rodriges açıb. "Baltsan" buna 51-ci dəqiqədə Lidon Misallefin qolu ilə cavab verib. 57-ci dəqiqədə Paul Feneş penaltidən yararlana bilməyib. Buna baxmayaraq, maltalılar qələbə qolunu vura bilib. 67-ci dəqiqədə dubl edən Misallef komandasına 2:1 hesablı qələbə qazandırıb.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

7 iyul

Neftçi (Azərbaycan) - Baltsan (Malta) 1:2

Qollar: Jayro Rodriges, 20 - Lidon Misallef, 51; 67.

İstifadə olunmayan penalti: Paul Feneş, 57.

Neftçi: 1. Krşevan Santini, 3. Jayro Rodriges, 7. Araz Abdullayev (k) (19. Fəhmin Muradbəyli, 77), 8. Elşən Abdullayev (4. Rahil Məmmədov, 90), 11. Ruslan Qurbanov (10. Cavid İmamverdiyev, 69), 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastillo.

Ehtiyat oyunçular: 66. Kamran İbrahimov, 26. Kamal Qurbanov, 41. Ömər Buludov, 95. Elvin Bədəlov.

Baş məşqçi: Vəli Qasımov.

Baltsan: 1. Kristian Kassar, 4. Castin Qrioli, 8. Paul Feneş, 9. Borçe Manevski (7. Lidon Misallef, 46), 10. Dilan Qrima (k) (16. Klive Brinsat, 82), 11. Stiv Bezzina, 17. Alfred Effionq, 18. Anderson, 23. Elkin Serrano, 50. Bruno, 86. Boyan Kalyeviç.

Ehtiyat oyunçular: 12. Mixail Şkiberras, 32. İvan Canyuşeviç, 5. Samir Arab, 20. Terense Aqius, 88. Sean Kipriott.

Baş məşqçi: Oliver Spiteri.

Sarı vərəqələr: Jayro Rodriges, 53. Dario Melnyak, 57. Elşən Abdullayev, 72. - Dilan Qrima, 45. Klive Brinsat, 83. Elkin Serrano, 85. Anderson, 86. Boyan Kalyeviç, 86. Paul Feneş, 86. Castin Qrioli, 90+5.

Hakimlər: Yaroslav Kozik, Yevgeni Xalamendik, Viktor Matyaş, Nikolay Balakin (Ukrayna).

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan).

UEFA nümayəndəsi: Olzas Abrayev (Qazaxıstan).

Bakı. "Bakcell Arena".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər