"Neftçi" mənə saxta müqavilə təklif etdi" - ŞOK AÇIQLAMA

"Neftçi" mənə saxta müqavilə təklif etdi" - ŞOK AÇIQLAMA

"Neftçi”də baxışda olan çernoqoriyalı qapıçı Milan Miyatoviç sensasion açıqlama verib. 

Fanat.az xəbər verir ki, Çernoqoriya yığmasının üzvü bildirib ki, "Neftçi” rəhbərliyinin onunla saxta müqavilə bağlamaq istəyini geri çevirib. Miyatoviç müsahibəsində  ona təklif olunan müqavilənin yalnız azərbaycan dilində olduğunu görərək, onu imzalamaqdan qətiyyən imtina etdiyini bildirib. 

6 gün "Neftçi”nin təlim-məşq toplanışında iştirak edən qolkiper onu aldatmaq istədiklərini gördüyündə oranı tərk etdiyini deyib. 

Qeyd edək ki, "Neftçi” klubu Miyatoviçin tibbi müayinədən keçə bilmədiyini və zədəli olduğu üçün müqavilə imzalamaqdan imtina etdiyini açıqlamışdı. (Extratime.az)

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər