"Neftçi" Maltadan 2:0-la dönür

"Neftçi" Maltadan 2:0-la dönür
Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları davam edir. Fanat.az xəbər verir ki, "Neftçi" bu gün ilk matçına çıxıb.
"Ağ-qaralar" səfərdə Maltanın "Baltsan" klubu ilə qarşılaşıb. Təmsilçimiz səfərdən 2:0 hesablı qələbə ilə dönüb.Hesabı 14-cü dəqiqədə Rəhman Hacıyev açıb. 84-cü dəqiqədə isə Ruslan Qurbanov penaltini qola çevirib.
Qeyd edək ki, tarixində ikinci dəfədi Avropa arenasında iştirak hüququ əldə edən və 3-cü görüşünə çıxan “Baltsan” ötən mövsüm debüt ilində “Jelezniçar”a boyun əymişdi - 0:2, 0:1. Maltalılardan fərqli, “Neftçi” 16-cı dəfə avrokubokda mübarizəyə qoşulub. Bu baxımdan rəqibi ilə müqayisədə böyük təcrübəyə malik paytaxt klubu səfər görüşündən qələbə ilə dönmək əzmində idi. 
 
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
30 iyun
Baltsan (Malta) - Neftçi (Azərbaycan) 0:2
Qol: Rəhman Hacıyev, 14. Ruslan Qurbanov, 84-pen.
Baltsan: 32. İvan Yanyuşeviç, 8. Paul Feneç, 9. Borçe Manevski, 10. Dilan Qrima (k), 11. Stiv Bezzina, 16. Klive Brinsat, 17. Alfred Effionq, 18. Anderson Françisko, 23. Elkin Serrano, 50. Oliveyra, 86. Boyan Kalyeviç.
Ehtiyat oyunçular: 1. Kristian Kassar, 4. Castin Qrioli, 5. Samir Arab, 7. Lidon Misallef, 19. Ceymi Zerafa, 20. Terense Aqius, 88. Sean Kipriott.
Baş məşqçi: Oliver Spiteri.
Neftçi: 1. Krşevan Santini, 3. Jayro Rodriges, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Vançe Şikov, 27. Məqsad İsayev, 30. Dario Melnyak, 80. Edson Kastillo.
Ehtiyat oyunçular: 66. Kamran İbrahimov, 4. Rahil Məmmədov, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 26. Kamal Qurbanov, 41. Ömər Buludov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Vəli Qasımov.
Hakimlər: Yovan Kaludjeroviç, Daniel Deviç, Vladan Todoroviç, Mileta Skepanoviç (Çernoqoriya).
UEFA nümayəndəsi: Miçal Mertinyak (Slovakiya).
Hakim-inspektor: Vallav Krondl (Çexiya).
Paola. “Hibernians” stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər