"Neftçi"nin heyətinə qatmağa hazırlaşdırı Antonio Salas Quinta Bakıya gəlib. Fanat.az xəbər verir ki, bu barədə klubu seleksiyaçı-məşqçisi Bəxtiyar Musayev məluamt verib.
Məşqçi bildirib ki, onunla müqavilə imzalanacaq: "İspaniyalı Antonio Quinta artıq Bakıya gəlib. Tibbi müayinə keçdikdən sonra onunla müqavilə imzalanacaq".
Qeyd edək ki, Anete ləqəbli futbolçunun sonuncu iş yeri Bolqarıstanın "Levski" klubu olub. Son mövsümdə Sofia klubunun heyətində 35 oyuna çıxıb və 17 qol vurub. 2004-2008-ci illərdə "Real Sosyedad"ın aşağı yaş qruplarında və B komandasında çıxış edən Anete sonradan İspnaiyanın "Koria", "San Roque", "Real Jaen", "Keuta", Yunanıstanın "Olimpiakos" (Volou) və "Niki Volos" klublarında çıxış edib.
Fanat.az