"Neftçi" ilk oyunu Maltada keçirəcək

"Neftçi" ilk oyunu Maltada keçirəcək

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində Maltanın “Baltsan” klubu ilə keçiriləcək ilk oyunun yeri dəyişdirilib.

Fanat.az-ın məlumatına görə, bu barədə “Neftçi”nin rəsmi saytı xəbərə yayıb.

Püşkün nəticəsinə əsasən “Neftçi” Bakıda Maltanın “Baltsan” klubu ilə qarşılaşmalı idi. Lakin klublar arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən püşkatmadan dərhal sonra oyunların keçirilmə yeri barəsində UEFA-ya müraciət edilib. 

Bu gün isə UEFA tərəfindən “Nefçi”yə rəsmi məktub daxil olub. Məktubda “Neftçi” – “Baltsan” cütü ilə yanaşı bir neçə oyunun keçirilmə yerində dəyişiklik edildiyi qeyd olunub. Bildirilib ki, “Neftçi” və “Baltsan” klubları arasında ilk oyun iyunun 30-da  Maltada, cavab matçı isə iyulun 7-də Bakıda keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər