"Neftçi" ilk imtahanını macarlara qarşı verəcək

"Neftçi" ilk imtahanını macarlara qarşı verəcək

"Neftçi" Avstriya təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını sabah keçirəcək. Fanat.az xəbər verir ki, "ağ-qaralar" Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. 

Əsası 1888-ci ildə qoyulmuş Budapeşt təmsilçisi 23 dəfə ölkə çempionatının qalibi olub. 12 dəfə Macarıstan kubokunu əldə etmiş komanda, kuboklar kubokunun finalına da yüksəlib. Hazırda rəqibin heyəti 3 futbolçu istisna olmaqla yerli oyunçulardan ibarətdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər