“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, "ağ-qaralar" bu mərhşələdə Maltanın “Baltsan” klubu ilə qarşılaşacaq.
“Baltsan” "Neftçi" ilə eyni yaşdadı. Belə ki, hər iki komanda 1937-ci ildə yaradılıb. Amma "ağ-qaralar" ölkənin ən titullu klubu olsa da, Malta təmsilçisi titulsuzdu. Onlar indiyədək yalnız I divizionda 1-ci (2011) və 2-ci (2003) yeri tutublar.
Baltsan şəhərinin gənclərindən təşkil olunan komandası ölkə Premyer Liqasında 2003-cü ildə debüt edib. Həmin mövsümdə 9-cu pilləni tutan komanda I diviziona qayıdıb. 2011-ci ildə aşağı liqada çempion olan komanda yenidən güclülər dəstəsinə qayıdıb.
"Baltsan" ilk dəfə ötən mövsüm avrokuboklara vəsiqə əldə edib. 2014/15 mövsümünü 4-cü pillədə başa vuran komanda Avropa Liqasına çıxıb. Amma I təsnifat mərhələsində Bosniya və Herseqovinaının “Jelezniçar” klubuna evdə 0:2, səfərdə 0:1 hesabı ilə uduzub. 2015/16 mövsümündə bürürc medallara sahib çıxan "Neftçi"nin rəqibi ardıcıl ikinci dəfə Avroliqaya vəsiqə əldə edib.
Komandanı Oliver Spiteri çalışdırır. Mütəxəssis 2014-cü ilin iyulundan "Baltsan"a başçılın edir. O, əvvəllər Maltanın "Vittoriosa Stars" və "Mosta" klublarının baş məşqçisi olub.
"Baltsan"ın heyətində Braziliyadan 2, Kolumbiya, Çernoqoriya, İtaliya və Moldovadan legionerlər çıxış edir:
Qapıçılar: Kristian Kassar, İvan Yanyuşeviç, Valerio Senatore.
Müdafiəçilər: Castin Qrioli, Samir Arab, Stiv Bezzina, Klive Brinkat, Elkin Serrano, Luke Pase, Maksim Fokşa.
Yarımmüdafiəçilər: Rayan Fenex, Paul Fenex, Dilan Qrima, Xuan Korbolan, Luke Skiberras.
Hücumçular: Lidon Mikallef, Alfred Effionq, Pedrinyo, Alan, Boyan Kalyeviç, Aleksandar Vuyaciç.
Fanat.az