Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, "ağ-qaralar" bu dəfə Albaniyanın "Kukesi" klubu ilə qarşılaşıb.
Oyun "Neftçi"nin məğlubiyyəti ilə nəticələnib. Belə ki, albanlar komandamızın qapısına iki cavabsız qol vurub.
Qeyd edək ki, "Neftçi" ilk oyunda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə yenilmişdi.
Fanat.az