"Neftçi" Ernest Nforla yollarını ayırıb. Fanat.az хəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb:
"Kamerunlu futbolçu ilə bağlanmış müqaviləyə əsasən o, 2016-cı ilə qədər Bakı klubunda çıxış etməli idi. Ötən mövsüm 19 oyunda ümumiyyətlə meydana çıxmamış futbolçu ilə qarşılıqlı anlaşmanın əldə olunması istiqamətində görüşlər 17.06.2015-ci il tarixdə start götürmüş və Avstriya təlim-məşq toplanışı zamanı başlanmışdı. Lakin Nforla bağlanmış müqavilə şərtlərinin “Neftçi” üçün əlverişsiz olması prosesin klubun xeyrinə həllini çətinləşdirmişdi.
Bu müddətdə belçikalı Emil Mpenzanın işində kluba yaxından köməklik göstərən vəkillərin də işə cəlb edilməsi danışıqların müsbət yekunlaşması ilə nəticələnib. Belə olan halda klub müəyyən məbləğdə kompensasiya ödəməklə böyük maliyyə riskinin və ikinci Emil Mpenza probleminin yaşanmasının qarşısını almış oldu. Əks halda “Neftçi” növbəti dəfə FIFA tərəfindən tətbiq ediləcək böyük maliyyə sanksiyası ilə üz-üzə qalacaq və klubun beynəlxalq imicinə ağır zərbə vurulacaqdı.
Futbolçu ilə bağlanmış müqavilə əvvəllər açıqlandığı kimi 2015-ci ilədək deyil, 2016-cı ilədək qüvvədə idi. Bu müddətdə gedən proses barədə ictimaiyyətə hər hansı məlumatın verilməsi danışıqların uğursuz nəticələnməsinə səbəb ola bilərdi. “Neftçi” Ernest Nfora klubdakı çıxışına görə təşəkkür edir və kamerunlu futbolçuya gələcək karyerasında uğurlar azulayır.
Ernest Nforla bağlanmış müqaviləyə əlverişli şərtlər əsasında xitam verilməsi “Neftçi”nin transfer siyasətində növbəti addımların atılması üçün şərait yaradacaq. Belə ki, klub yaxın günlərdə azarkeşlərini yeni transfer xəbəri ilə sevindirəcək".
Fanat.az