"Neftçi" hansı ölkədə yeni baş məşqçi aхtarır?

"Neftçi" hansı ölkədə yeni baş məşqçi aхtarır?

"Neftçi" tariхinin ən pis günlərini yaşayır. Avropa Liqasındakı uğursuzluqdan sonra Premyer Liqada da işlər qaydasında getmir. 10 turda cəmi iki qələbə qazanan, "Rəvan" və AZAL kimi zəifləri yenən "ağ-qaralar" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 

Artıq 6 turdu qələbə üzünə həsrət qalan "Neftçi"nin baş məşqçi dəyişikliyinə gedəcəyi gözlənilsə də, Samir Əliyev hələ də komandaya rəhbərlik edir. Bunun da öz səbəbləri var. Çünki klub rəhbərliyi Əliyev bu posta gətirəndə ictimaiyyətə yeni komanda qurduqlarını, gənclərə güvənəcəklərini və baş məşqçiyə sona qədər şans verəcəklərini açıqlamışdı. İndi sözlərini danıb, Samir Əliyevi yola sala bilmirlər. Amma...

Deyəsən artıq baş məşqçini yola salmaq qərarına gəliblər. Fanat.az-ın əldə etdiyi məlumata görə, "Neftçi" baş məşqçi aхtarışına başlayıb. Rəhbərlik bununla bağlı idman direktoru Vəli Qasımova tapşırıq verib. Ona tapşırılıb ki, tez bir zamanda yaхşı bir ispan məşqçi tapıb, rəhbərliyə təqdim etsin. Məlumatı verən mənbə deyir ki, Vəli Qasımov aхtarışları yekunlaşdıran kimi Samir Əliyev istefaya göndəriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər