"Neftçi” əsas və əvəzedici komandaları arasında yoxlama oyunu keçirilib. Fanat.Az xəbər verir ki, İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutan görüş əsas komandanın 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Əsas komandadan Jairo və Katalin Tira fərqlənib. Bir dəfə isə avtoqol qeydə alınıb. Əvəzedicilərin qolunu İbrahim Əliyev vurub.
Vəli Qasımov oyuna bu futbolçularla başlayıb: Krşevan Santini, Kamal Qurbanov, Elvin Bədəlov, Jairo Rodriges, Dario Melnyak, Edson Kastilyo, Orxan Qurbanlı, Orxan Sabirbəyli, Denilson Pereyra, Eltun Yaqublu, Katalin Tira. Sonradan isə meydana Kamran İbrahimov, Kənan Mirzəliyev, Anton Krivotsyuk, Ömər Buludov, Aqşin Qurbanlı, Sənan Əbilov və Samir Əhmədov daxil olub.
Əvəzedicilərdən isə start heyətində Sənan Əlizadə, Aslan Bədəlzadə, Vüsal Hüseynov, Elvin Sərkərov, Heydər Babayev, Şöhrət Yusifov, Əli Babayev, Əli Şirinov, Ruzigar İbrahimzadə, Pilağa Mehdiyev, Bahadur Həziyevə şans verilib. Maksim Vaylo, Pərviz Qaraxanov, İbrahim Əliyev, Rafiq Zamanov, Rəhman Daşdəmirov isə meydana sonradan daxil olub.
Qeyd edək ki, əsas heyətin 10 futbolçusu – 6-sı milli komandaların düşərgəsində olduğundan, 4-ü isə zədə səbəbindən meydana çıxa bilməyib.
Fanat.Az