“Neftçi” Topaz Premyer Liqasının V turunda “Xəzər Lənkəran”la keçiriləcək oyuna hazırlığı davam etdirir. Fanat.az xəbər verir ki, komanda dünən hazırlıq çərçivəsində əvəzedici heyətlə qarşılaşıb.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutmuş yoxlama oyununda əsas və əvəzedici komandaların bütün futbolçularına şans verilib. Oyun əsas komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan ikisinə komandada baxışda olan Jairo Rodriges imza atıb.Qalan 4 qolu isə Anete, Ruslan Qurbanov, Fəhmin Muradbəyli və Məhəmməd Qurbanov vurub.
Fanat.az