"Neftçi" futbolçularına maaş vermir

"Neftçi" futbolçularına maaş vermir

"Neftçi"nin işləri yolunda getmir. Bakılıların maliyyə baxımından vəziyyəti heç də ürəkaçan səviyyədə deyil. 

Əldə etdiyimiz məlumata görə, futbolçular iki aydı maaş üzünə həsrət qalıb. Maaşını tələb edən komanda üzvlərinə "gözləyin" deyilir. Bu durum da təbii ki, futbolçuları narahat edir. Komandada tez-tez yaranan maaş gecikməsindən daha çox narahat olanlar legioner futbolçulardı. Onlar bu durumla razılaşa bilmirlər. 

Qeyd edək ki, "Neftçi" hazırda turnir cədvəlinin 43 xalla 7-ci pilləsində qərarlaşıb. (Sport7.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər