"Neftçi" finalda ikiqat istəkli olacaq" - Qurban Qurbanov

"Neftçi" finalda ikiqat istəkli olacaq" - Qurban Qurbanov
"Komandamı, futbolçularımı, rəhbərliyi və azarkeşlərimizi final mərhələsinə vəsiqə qazanmağımız münasibətiylə təbrik edirəm. Ən azı məqsədimiz finala vəsiqə qazanmaq idi. Stadionun rəhbərliyinə təşəkkür edirəm. Sağ olsunlar, bizə belə bir şərait yaratdılar. Qarşıda çempionat oyunlarımız var. Həmin matçlara hazırlaşmalıyıq".
Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinalında "İnter"ə qalib gələrək finala yüksəldikləri matçdan (1:0) sonra deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Növbəti oyunlarda “Əlincə”nin stadionundan yararlanacaqsınızmı?
- Qeyd etdiyim kimi, stadiondan razı qaldım. “Qəbələ” ilə ev oyunumuzu burda oynayacağıq.
- “Göztəpə” Leroy Corcu transferə çıxarıb. Onun transferi barədə düşünürsünüzmü?
- Hələ ki, qarşıda oyunlarımız var. Əvvəlki mətbuat konfransında dediyim kimi, Leroyu qaytarmaq barədə düşünmürük.
- Finalda yenə “Neftçi”ilə qarşılaşacaqsınız...
- Düşünürəm ki, builki “Neftçi” daha istəklidir. Onlar finalda ikiqat istəkli olacaqlar. Bu oyuna ciddi hazırlaşmalıyıq. (qol.az)
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər