"Neftçi" FIFA-da "Spartak"ı uddu

"Neftçi" FIFA-da "Spartak"ı uddu
Ötən ilin 26 dekabrında Rusiyanın “Spartak” klubu “Neftçi”yə məktub ünvanlayaraq futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirib, futbolçunun Bakı klubu ilə ilk peşəkar müqaviləsi olduğu üçün "ağ-qaralar"dan 42,541 avro məbləğində təzminat tələb etmişdi.
Bununla bağlı bu ilin 19 fevralında Moskva klubu FIFA qarşısında tələb olunan təzminatın “Neftçi” tərəfindən ödənməsi tələbi ilə vəsadət qaldırmışdı.
Fanat.az xəbər verir ki, uzun müddət davam edən prosesə “Neftçi” tərəfindən təcrübəli vəkil cəlb olunub və “Spartak” klubunun FIFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb. Bu gün FIFA tərəfindən “Neftçi”yə daxil olmuş məktubda, ali futbol qurumunun “Mübahisəli Məsələlərin Həlli” şurası proseslə bağlı “Neftçi” tərəfinin haqlı olduğunu və “Spartak”ın iddiasının rədd edildiyini bildirilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər