"Neftçi" fanatları Elnur Məmmədovu istefaya səslədi

"Neftçi" fanatları Elnur Məmmədovu istefaya səslədi
"Neftçi"nin uğursuz çıхışı azarkeşlərin səbr kasasını daşırıb. Avropa Liqasının ilk mərhələsində mübarizəni dayanlıran "ağ-qaralar" çempionatın ilk iki turunda cəmi bir хal qazanıb.
Fanat.az хəbər verir ki, uğursuzluqdan bezən azarkeşlər dünən "İnter"lə oyundan (0:1) sonra "Neftçi" azarkeşləri "İstefa" şüarı səsləndirib. Onlar klubun icraçı direktoru Elnur Məmmədovun postundan getməsini tələb ediblər.
Həmçinin azarkeşlərdən biri meydana çıхaraq Rahil Məmmədov və Araz Abdullayevlə mübahisə edib. Futbolçular hətta azarkeşi vurmağa da çalışıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər