"Neftçi" Əsgər Abdullayevlə bağlı xəbəri təsdiqləmədi - YENİLƏNİB

"Neftçi" Əsgər Abdullayevlə bağlı xəbəri təsdiqləmədi - YENİLƏNİB

Sabah "Neftçi"nin Müşahidə Şurasının növbəti toplantısı keçiriləcək.

Fanat.az xəbər verir ki, toplantıda dünyasını dəyişmiş Mübariz Zeynalovun əvəzinə şuraya gətirilən yeni üzvün adı açıqlanacaq. Azərisport-un yaydığı məlumata görə, sonuncu iş yerə "Araz Naxçıvan" olan Əsgər Abdullayev bundan sonra "Neftçi"nin Müşahidə Şurasının üzvü olacaq.

Xatırladaq ki, bir müddət əvvəl Abdullayevin Məşqçilər Komitəsində Şahin Diniyevi əvəzləyəcəyi deyilirdi. 

*  *  *

Klubun mətbuat xidmətindən isə bildirilib ki, onlara belə bir məlumat verilməyib: "Müşahidə Şurasının üzvləri rəhbərlik tərəfindən təsdiq olunur. Belə bir dəyişiklik olsa, ictimaiyyətə məlumat veriləcək".

*  *  *

Əsgər Abdullayev özü isə "Report"a açıqlamasında bunları deyib: "Neftçi" mənim üçün doğma komandadı. Futbol karyeramı orada başlayıb, orada da başa vurmuşam. Hamı səhərdən zəng edib bu barədə soruşur. Amma klubdan heç kim zəng etməyib. Bu haqda mətbuatdan oxumuşam. "Neftçi"də işləmək mənim üçün böyük məsuliyyət və şərəfdi. Lakin hələ mənə məsələ ilə bağlı xəbər verilməyib. Orada işləmək mənim üçün şərəfdi. Dəvət olarsa, məmnuniyyətlə qəbul edərəm. "Neftçi" mənim üçün Azərbaycan futbolunun şah əsəridi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər