"Neftçi"nin "Xəzər Lənkəran"dan Elşən Rzazadəni heyətinə qatması barədə məlumat vermişdik. "Ağ-qaralar" Lənkəran klubunun transferə çıxardığı gənc futbolçu ilə 1,5 illik müqavilə imzalayıb.
Fanat.az "Neftçi"nin "Xəzər Lənkəran"a bu keçid üçün ödədiyi məbləği dəqiqləşdirə bilib. Əldə etdiyimiz məlumata görə, Bakı klubu əzəli rəqibinə 10 min dollar ödəyib. Bu isə Mərkəzi Bankın bu gün üçün müəyyənləşdirdiyi məzənnə ilə 16008 manat deməkdi.
"Xəzər Lənkəran"ın Elşən Rzazadəni belə ucuz qiymətə satmağa razı olmasının səbəbinə gəlincə, klub rəhbərliyi gənc futbolçunun karyerasına problem yaratmaq istəməyib.
Fanat.az