Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi"nin düşərgəsinə yeni futbolçu qoşulub. Fanat.az xəbər verir ki, paytaxt klubu ölkə xaricindən qapıçı gətirib.
Belə ki, Aqil Məmmədovla yollarını ayıran "Neftçi"nin düşərgəsinə Çernoqoriyadan olan qapıçı Milan Miyatoviç qoşulub. Çernoqoriya mediası iddia edir ki, Bakı klubu onunla 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Milan Miyatoviçin son iki mövsümdə yerli "Bokel" klubunun formasını geyinib. Bu müddətdə o, 67 oyunda meydana çıxıb. 28 yaşlı qapıçı 2006-2012-ci illərdə "Rudar"ın formasını geyinib. 2012-ci ildə ölkəni tərk edən qolkiper 2012-13 mövsümündə İranın "Mis Kerman", 2013/14 mövsümündə "Zob Ahan" klublarında oynayıb.
Fanat.az