Bu gün Azərbaycanın 3 klubu Avropa Liqasında mübarizəyə başlayıb. Fanat.az хəbər verir ki, "Neftçi" evdə meydana çıхıb.
Bakı klubu Çernoqoriyanın "Mladost" klubunu qəbul edib. 4 qolun vurulduğu oyun 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Kubokunun finalçısı kimi Avropa Liqasına vəsiqə qazanıb. "Mladost" isə Çernoqoriya çempionatında 4-cü pilləni tutub.
Çernoqoriya klubu bundan əvvəl bir dəfə avrokuboklara çıхıb və Avropa Liqasında oynayıb. 2013/14 mövsümündə komanda "Videoton" (Macarıstan) və "Senita"nı (Slovakiya) mübarizədən kənarlaşdırsa da, III təsnifat mərhələsində "Sevilya"ya (İspaniya) uduzub. "Neftçi" isə bundan əvvəl avrokuboklarda 50 oyun keçirib, 14 qələbə qazanıb, 13 heç-heçə edib və 23 dəfə uduzub (Top fərqi - 47:80).
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
2 iyul
Neftçi (Azərbaycan) - Mladost (Çernoqoriya) 2:2
Qollar: Kamal Qurbanov, 36. Araz Abdullayev, 55 - Duşan Laqator, 4. Luka Mirkoviç, 87.
Neftçi: 1. Aqil Məmmədov, 5. Melli, 6. Aylton, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 17. Rəhman Hacıyev, 21. Samir Məsimov, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vailo, 4. Rahil Məmmədov, 16. Əziz Quliyev, 45. Kamran Nəcəfzadə, 77. Nicat Qurbanov, 88. Orxan Qurbanlı, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Samir Əliyev.
Mladost: 23. Mileta Raduloviç (k), 3. Luka Peyoviç, 4. Duşan Laqator, 6. Mirka Rayçeviç, 9. Blazo İqumanoviç, 11. Milan Curişiç, 14. İvan Novoviş, 20. Miloş S. Raduloviç, 21. Miloş Lakiç, 24. İvan Vukoviç, 52. Miloş B. Raduloviç.
Ehtiyat oyunçular: 77. Vuka Radoviç, 7. Bozo Osmayliç, 10. Jasmib Muhoviç, 15. Luka Mirkoviç, 16. Boyan Baboviç, 86. Marko Şkepanoviç, 94. Aldin Adzoviç.
Baş məşqçi: Nikola Rakoyeviç.
Hakimlər: Ali Palabıyık, Cem Satman, Ceyhun Sesigüzel, Hakan Ceylan (Türkiyə).
UEFA nümayəndəsi: Genadi Skurtul (Makedoniya).
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan).
Bakı. "Bakcell Arena".
Fanat.az