"Neftçi" braziliyalı futbolçu transfer etməyə hazırlaşır. Fanat.az хəbər verir ki, paytaхt klubu Jaironu heyətinə qata bilər.
Tam adı Jairo Rodriges Filyo axşam saatlarında Bakıya gəlib. Müdafiəçi bu gün komandanın səhər məşqində iştirak edib. Məşqçilər heyətinin müsbət rəy verəcəyi təqdirdə “Neftçi” futbolçu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyonun son iş yeri Portuqaliyanın “Trofense” klubu olub. O, 1-ci liqa klubunun heyətində 2014/15 mövsümündə 29 oyun keçirərək 1 qol vurub. 22 yaşlı mərkəz müdafiəçisi əvvəllər Braziliyanın “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012-2014) klublarında top qovub.


Fanat.az