"Neftçi" bu dəfə afrikalılara 3 qol vurdu

"Neftçi" bu dəfə afrikalılara 3 qol vurdu
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi” hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, "ağ-qaralar" Afrika klublarından seçilmiş futbolçulardan ibarət "SİBM Traning Center” komandası ilə qarşılaşıb. 
Görüş "Neftçi”nin 3:0 hesablı qələbəsi ilə nəticələnib. 11-ci dəqiqədə Rəhman Hacıyev hesabı açıb. 22-ci dəqiqədə fərqi artıran Araz Abdullayev son dəqiqədə dubl edib.
Qeyd edək ki, bu komandalar ilk dəfə iyunun 20-də üz-üzə gəlmiş və “Neftçi” 1:2 hesabı ilə məğlub olmuşdu.
Neftçi: Krşevan Santini, Jairo Rodriges, Vançe Şikov, Dario Melnyak, Məqsəd İsayev, Edson Kastilyo, Rəhman Hacıyev, Elşən Abdullayev, Araz Abdullayev, Ruslan Qurbanov, Fəhmin Muradbəyli.
Sonradan meydana daxil olanlar: Elvin Bədəlov, Rahil Məmmədov, Eltun Yaqublu, Kamal Qurbanov, Murad Ağayev, Cavid İmamverdiyev, Ömər Buludov, Aqşin Qurbanlı, Orxan Qurbanlı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər