"Neftçi" batır - məşhur sayt yazdı

"Neftçi" batır - məşhur sayt yazdı

"Neftçi"dəki maliyyə problemləri dünya mətbuatının da diqqətindən yayınmayıb. Fanat.az хəbər verir ki, məşhur goal.com saytı Bakı klubundakı böhran barədə yazıb.

Bir neçə gün əvvəl "Neftçi" batırmı?" başlığı ilə yayımlanan хəbərdə futbolçularına olan borclarının hər keçən gün artdığı deyilən klubun batmaq təhlükəsi ilə qarşı-qarşıya qaldığı qeyd edilir: "Azərbaycanın "Neftçi" klubu böyük maddi problemlər yaşayır. Aylardı futbolçularına ödəmə etməyən "Neftçi"nin borcu hər keçən ay artmağa davam edir. Hazırda aktual borcun 2,5 milyon manat səviyyəsində olduğu ehtimal edilir. Klubun vəziyyətindən narahat olan futbolçuların narahatlıqlarını bir neçə dəfə rəhbərliyin diqqətinə çatdırdığı deyilir. "Neftçi"nin futbolçularla yanaşı, sabiq prezidenti Sadıq Sadıqova da borcu var".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər