"Neftçi"nin baş məşqçisi istefa verib. Fanat.az xəbər verir ki, baş məşqçi qərarını "Qəbələ" ilə oyundan sonra mətbuat konfransında açıqlayıb.
"Neftçi" Premyer Liqanın XXIV turunda "Qəbələ"ni qəbul edib və 1:2 hesabı ilə yenilib. Komanda son 3 Premyer Liqa və 1 kubok oyununda meydanı məğlubiyyətlə tərk edib. "Qəbələ" matçının son dəqiqələrində azarkeşlər baş məşqçini istefaya çağırıb. Əsgər Abdulllayev isə oyundan sonra istefa verdiyini açıqlayıb.
Fanat.az