Topaz Premyer Liqasının XXIV turu çərçivəsində keçirilmiş “Neftçi” - “Qəbələ” (1:2) matçından sonra təşkil olunmuş mətbuat konfransında baş məşqçi Əsgər Abdullayev istefa verdiyini açıqlamışdı. Fanat.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.
Rəhbərlik komandanın müvəqqəti çalışdırıcısının adına da aydınlıq gətirib. Əsgər Abdullayevin gedişindən sonra bu post müvəqqəti olaraq klubun idman direktoru Vəli Qasımova həvalə edilib.
Fanat.az