"Neftçi" Avropa Liqasının "Mladost"la oyunu üçün daha bir futbolçu sifariş edib. Fanat.az хəbər verir ki, "ağ-qaralar" Braziliyanın "Fluminense" klubundan icarəyə götürdüyü Ayltonun adını sifariş ərizəsinə salıb. O, 6 nömrəli formanı geyinəcək.
"Neftçi" bundan əvvəl 24 futbolçu sifariş etmişdi və Ayltonun transfer vərəqəsi gəlmədiyindən onun adı siyahıya salınmamışdı. Mövcud qaydalara əsasən oyuna 24 saat qalmışadək daha bir oyunçunun adını UEFA-ya təqdim etmək mümkün idi ki, "ağ-qaralar" bu şansdan yararlanıb.
Fanat.az