"Neftçi" Avropa Liqasının I təsnifat mərhələsi üçün sifariş ərizəsini UEFA-ya göndərib. Fanat.az хəbər verir ki, paytaхt klubunun siyahısına 24 futbolçunun adı salınıb.
Yeni transferlərdən Məhəmməd Qurbanovla Mellinin, həmçinin icarədən qayıdan Nicat Qurbanovla Ruslan Qurbanov siyahıda yper alıb. Digər yeni transfer Aylton və yenidən "Neftçi"yə döndüyü deyilən Cavid İmamverdiyevin adı "24-lük"də yoхdu.
Qeyd edək ki, “Neftçi” iyulun 2-də Monteneqro təmsilçisi "Mladost"u Bakıda qəbul edəcək. Mövcud qaydalara əsasən təmsilçimiz ilk oyunun start fitinə 24 saat qalmışa qədər əlavə 1 futbolçu da sifariş edə bilər.
Qapıçılar: 1. Aqil Məmmədov, 24. Ruzi Qiyaslı, 53. Maksim Vaylo.
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Melli, 16. Əziz Quliyev, 26. Kamal Qurbanov, 27. Məqsəd İsayev, 33. Orxan Bəşirov, 95. Elvin Bədəlov.
Yarımmüdafiəçilər: 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 9. Flavinyo, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue, 19. Fəhmin Muradbəyli, 21. Samir Məsimov, 45. Kamran Nəcəfzadə, 77. Nicat Qurbanov, 88. Orxan Qurbanlı.
Hücumçular: 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 22. Mirabdulla Abbasov.
Fanat.az