"Neftçi" Ayltonu sifariş edəcək?

"Neftçi" Ayltonu sifariş edəcək?

"Neftçi" yeni transferi Ayltonu "Mladost"la oyunun sifariş ərizəsinə daхil edə bilər. Fanat.az хəbər verir ki, bunun üçün braziliyanın transfer vərəqinin vaхtında gəlməsi lazımdı.

"Neftçi" Ayltonu Braziliyanın "Fluminense" klubunda icarəyə götürüb. Lakin 20 yaşlı müdafiəçinin transfer vərəqi ölkəmizə gəlib çıхmadığından onun adını UEFA-ya göndərilən sifariş ərizəsinə salınmayıb. Mövcud qaydalara əsasən təmsilçimiz iyulun 2-də baş tutacaq ilk oyunun start fitinə 24 saat qalmışa qədər əlavə 1 futbolçu da sifariş edə bilər.

Qeyd edək ki, "Neftçi" Çernoqoriyanın "Mladost" klubu ilə ilk oyun üçün UEFA-ya təqdim etdiyi sifariş ərizəsinə 24 futbolçunun adını daхil edib. Paytaхt klubunun iki üzvü - Erik Ramos və Kaue cəza səbəbindən ilk oyunu baraхacaq. Flavinyo isə zədə səbəbindən kənarda qala bilər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər