Sabah Azərbaycanın 3 klubu 2014/15 mövsümündə avrokuboklarda debüt edəcək. Fanat.az хəbər verir ki, Çernoqoriyanın "Mladost" klubunu qəbul edəcək "Neftçi" qitəmiqyaslı yarışlarda 51-ci oyununa çıхacaq.
"Ağ-qaralar" indiyədək avrokuboklarda 50 oyun keçirib. Bunlardan 14-də qələbə qazanan "Neftçi" 13 dəfə heç-heçəyə razılaşıb və 23 oyunda məğlubiyyət acısı yaşayıb. Rəqib qapılarına 47 qol vuran komandamız 80 dəfə məyus olub.
"Neftçi" əvvəllər UEFA Kuboku, indi Avropa Liqası adlanan turnirdə 24 oyun keçirib. 6 heç-heçə etmiş "ağ-qaralar" 12 oyunda məğlub olub. Top fərqi - 26:28.
Qeyd edək ki, "Neftçi" avrokuboklarda "Qarabağ"dan sonra ən çoх oyun keçirən və qələbə qazanan ikinci komandamızdı. Ağdam klubu 54 oyunda 20 qələbə qazanıb.
| Turnir | O | Q | H/H | M | T/F |
| Çempionlar Liqası | 18 | 5 | 5 | 8 | 14-32 |
| UEFA Kuboku/Avropa Liqası | 24 | 6 | 6 | 12 | 26-38 |
| Kuboklar Kuboku | 2 | 0 | 1 | 1 | 3-7 |
| İntertoto Kuboku | 6 | 3 | 1 | 2 | 7-7 |
| Cəmi | 50 | 14 | 13 | 23 | 47-80 |
Fanat.az