Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, "ağ-qaralar" Afrika klublarından seçilmiş futbolçulardan ibarət “SİBM Traning Center” klubu ilə qarşılaşıb.
“Neftçi” meydana bu heyətlə çıxıb: Kamran İbrahimov, Jairo Rodriges (Rahil Məmmədov, 46), Elvin Bədəlov, Ömər Buludov, Kamal Qurbanov, Murad Ağayev (Edson Kastilyo, 46), Orxan Qurbanov (Rəhman Hacıyev, 46), Cavid İmamverdiyev (Elşən Abdullayev, 46), Aqşin Qurbanlı (Məgsəd İsayev, 46), Araz Abdullayev, Eltun Yaqublu.
Hesabı 1-ci dəqiqədə Araz Abdullayevin ötürməsindən sonra Aqşin Qurbanlı açıb. Oyunun 57-ci dəqiqəsində rəqib hesabı bərabərləşdiriç. 83-cü dəqiqədə isə afrikalılar qələbə qolunu vurub - 2:1.
Fanat.az