Təlim-məşq toplanışı üçün ölkə xaricinə çıxmayan klublar arasında keçirilən qış turniri davam edir. Fanat.az xəbər verir ki, bu gün turnirdə 4-cü oyun baş tutub.
Günün yeganə matçında "Neftçi" "Neftçala"nı qəbul edib. "Bayıl Arena"da baş tutan oyunda 2 qol vurulub, 2 qırmızı vərəqə qeydə alınıb. 13-cü dəqiqədə Ruslan Qurbanov meydandan qovulub. 71-ci dəqiqədə Araz Abdullayev hesabı açıb. 4 dəqiqə sonra "Neftçi"nin ikinci futbolçusu - Cavid İmamaverdiyev qırmızı vərəqə alıb. Əlavə vaxtda isə Fərmayil Əliyev "Neftçala"nın bərabərlik qolunu vurub - 1:1.
Qeyd edək ki, "Neftçi" turnirin açılış oyununda AZAL-a 1:0 hesabı ilə qalib gəlib, "Neftçala" "Şərurspor"la "sülh" bağlayıb - 2:2. Turnirin digər oyununda AZAL MOİK-i 2:0 hesabı ilə yenib.
Qış turniri
17 yanvar
Neftçi - Neftçala 1:1
Qol: Araz Abdullayev, 71 - Fərmayil Əliyev, 90+2.
Qırmızı vərəqələr: Ruslan Qurbanov, 13. Cavid İmamaverdiyev, 75.
"Bayıl Arena".
| 1 | Neftçi | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
| 2 | AZAL | 2 | 1 | 0 | 1 | 2-1 | 3 |
| 3 | Neftçala | 2 | 0 | 2 | 0 | 3-3 | 2 |
| 4 | Şərurspor | 1 | 0 | 1 | 0 | 2-2 | 1 |
| 5 | MOİK | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
Fanat.az