Əvəzedici heyətlərin ölkə birinciliyində II dövrəyə start verilib. Fanat.az fxəbər verir ki, ötən gün X turun oyunları baş tutub.
10 qolun vurulduğu "Neftçi" - "İnter" oyununda meydan sahibləri qalib gəlib - 7:3. "Xəzər Lənkəran" - "Sumqayıt" oyununda 8 qol vurulub və lənkəranlılar 5:3 hesablı qələbəyə sevinib.
"Zirə" "Kəpəz"i, "Qəbələ" AZAL-ı 2:1 hesabı ilə yenib. "Qarabağ" - "Rəvan" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Əvəzedici heyətlər
2015/16 mövsümü
II dövrə, X tur
27 oktyabr
Qarabağ - Rəvan 2:2
Qollar: Nicat Abbasov, 24. Tahir Əliyev, 90+2 - Orxan Həsənov, 34. Kənan Manafov, 52.
Xəzər Lənkəran - Sumqayıt 5:3
Qollar: Namiq Qocayev, 24; 30. Kənan Həsənov, 38; 64. 72 - Amil Yunanov, 66. Şahin Əliyev, 75-pen; 78.
Neftçi - İnter 7:3
Qollar: Cavid İmamverdiyev, 8. Orxan Qurbanlı, 42. Məhəmməd Qurbanov, 45. Samir Məsimov, 49. Sənan Əbilov, 64. Rəsul Babazadə, 71. Pilağa Mehdiyev, 79 - Aqşin Quluzadə, 59; 75. Nizami Hacıyev, 73-pen.
Zirə - Kəpəz 2:1
Qollar: Ülvi Süleymanov, 48. Vüsal İsgəndərov, 52 - Ziyabil Məmmədov, 32.
Qəbələ - AZAL 2:1
Qollar: Şamil Camaləddinov, 52. Ehtiram Şaherdiyev, 85 - İlqar Babayev, 66.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçi | 10 | 7 | 1 | 2 | 32-13 | 22 | |
| 2 | Sumqayıt | 10 | 6 | 2 | 2 | 28-13 | 20 | |
| 3 | Kəpəz | 10 | 6 | 1 | 3 | 14-9 | 19 | |
| 4 | Qəbələ | 10 | 6 | 0 | 4 | 23-12 | 18 | |
| 5 | Rəvan | 10 | 4 | 1 | 5 | 15-16 | 13 | |
| 6 | Zirə | 10 | 4 | 1 | 5 | 11:23 | 13 | |
| 7 | Xəzər Lənkəran | 10 | 4 | 0 | 6 | 16-27 | 12 | |
| 8 | Qarabağ | 10 | 3 | 3 | 4 | 13-12 | 12 | |
| 9 | İnter | 10 | 3 | 1 | 6 | 16-25 | 10 | |
| 10 | AZAL | 10 | 2 | 0 | 8 | 10-28 | 6 | |
|
Bombardirlər | Ehtiram Şahverdiyev (Qəbələ) - 8. Aqşin Qurbanlı (Neftçi) - 7. Mirabdulla Abbasov (Neftçi), Şahin Əliyev (Sumqayıt) - 6. Ramil Mansurov (İnter), Emil Həsənzadə (Sumqayıt) - 5. | |||||||
Fanat.az