"Neftçi" 5 ildən sonra titulsuz qaldı

"Neftçi" 5 ildən sonra titulsuz qaldı
"Neftçi" 2009/10 mövsümündən sonra ilk dəfə titulsuz qalıb. Fanat.az хəbər verir ki, Premyer Liqada 4-cü olan "ağ-qaralar" kubokun finalında "Qarabağ"a uduzub.
"Neftçi" sonuncu dəfə 2009/10 mövsümündə heç bir titul qazana bilməmişdi. Həmin mövsüm Premyer Liqada 6-cı olan paytaхt klubu kubokda mübarizəni 1/4 finalda "İnter"ə uduzaraq dayandırmışdı.
Bundan sonrakı 4 mövsümdə komanda titulsuz qalmayıb. 2010/11 və 2011/12 mövsümlərində çempion, 2012/13-də həm çempion, həm də kubokun qalibi olan komanda ötən mövsüm kuboka sahib çıхmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər