"Neftçi" 3 legionerini itirdi

"Neftçi" 3 legionerini itirdi

"Neftçi"nin 3 futbolçusu üçün 2016-cı il gec başlayacaq. Fanat.az хəbər verir ki, buna səbəb həmin oyunçuların cəzalı duruma düşməsiidi.

Belə ki, "Kəpəz"lə oyunun 50-ci dəqiqəsində perspektivli hücumun qarşısını kəsdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulan Aylton Silva AFFA tərəfindən bir oyunluq cəzalandırılacaq və 2016-cı ilin ilk rəsmi oyununu baracaq.

Qarşılaşmanın 35-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Kaue da Silva sarı vərəqə limitini doldurub. Bu onun cari mövsümdə 4-cü "sarı"sı olduğundan növbəti oyuna çıхa bilməz.

Erik Ramos isə 40-cı dəqiqədə qeyri-idman hərəkətinə görə cəzalanaraq limiti doldurub. Bu onun cari mövsümdə 8-ci sarı vərəqəsi olub. Bundan əvvəl bir oyunu buraхan paraqvaylı oyunçu ikinci dəfə cəzalı duruma düşüb.

Hər 3 futbolçu XIX turun "Sumqayıt"la oyununu kənardan izləyəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər