Nikolas Kanales yenidən "Neftçi"də oynayacaq. Fanat.az xəbər verir ki, çilili forvard Bakıya gəlib.
Artıq tərəflər razılığa gəlib. "Neftçi" Kanaleslə bu gün müqavilə imzalayacaq.
Qeyd edək ki, çilili forvardın son iş yeri "Krılya Sovetov" olsa da, o Rusiya klubunun heyətində debüt etməyib. 30 yaşlı futbolçu son rəsmi oyununu "Neftçi"nin heyətində "Qarabağ"a qarşı keçirib. Ötən il Azərbaycan Kubokunun finalında baş tutan oyunda futbolçu 90 dəqiqə oynayıb. Bir sözlə Kanales son 8 ayda, yəni 251 gündə rəsmi oyuna çıxmayıb.

Çilili forvard 2012/13 və 2014/15 mövsümlərində "Neftçi"də çıxış edib. Bu müddətdə 83 rəsmi oyuna çıxıb və 44 qola imza atıb. 2012/13 mövsümündə Azərbaycan çempionluğunu və kubokunu qazanan futbolçu 26 qolla Premyer Liqanın bombardiri olub.
Fanat.az