Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Fanat.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunları eyni gündə baş tutub.
Günün ilk oyunu Qəbələdə keçirilib. Yerli komanda ilə “Neftçi” ilk finalçını müəyyən edib. Ardıcıl 2 oyunda qarşılaşmış rəqiblər kubokun ilk oyununda 1:1, çempionat matçında isə 2:2 hesablı bərabərliyə razılaşmışdılar. Son 8 gündə 3-cü dəfə qarşılaşan rəqiblərin bu dəfəki dueli hər iki komanda üçün olduqca vacib əhmiyyətə malik idi. Roman Qriqorçuk və komandasının əsas hədəfi ilk titula bir az da yaxınlaşmaqdısa, qonaqlar avrokuboklara “kəsə yolla” getmək üçün kubokda irəliləməli idi. Vəli Qasımovun yetirmələri Premyer Liqadakı uğursuzluğu burda unutdurmaq və həm də ardıcıl 5-ci dəfə final oynamaq üçün bütün gücü ilə mübarizə aparırdı.
Əksəriyyət "Qəbələ"nin finala çıxacağı gözləsə də, bu baş verməyib. Hesabı 58-ci dəqiqədə qonaqlardan Ruslan Qurbanov açıb. 75-ci dəqiqədə Ermin Zets bərabərliyi təmin edib və əsas vaxt 1:1 hesabı ilə yekunlaşıb. İlk matçda da eyni hesab qeydə alındığından cütün qalibini müəyyənləşdirmək üçün əlavə vaxt elan edilib. Lakin 30 dəqiqə ərzində hesab dəyişməyib. Bu səbəbdən qalib penalti seriyasında müəyyənləşib. "Lotoreya"da daha dəqiq olan "Neftçi" adını finala yazdırıb - 4:3.
Günün digər matçında isə ilk oyunu 4:0 hesabı ilə qazanıb cavab qarşılaşmasını formallığa çevirən “Qarabağ” “İnter”i sınağa çəkib. Bu görüşdən onsuz da möcüzə gözlənimirdi. Matçın yeganə maraqlı tərəfi isə onun Masazırda baş tutması idi. “Qarabağ”ın stadionu 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edən arenalardan olduğundan Qurban Qurbanovun yetirmələri yeni məkanda meydana çıxmışdı. Belə ki, bu səviyyədə oyunlar həyəcanı ilk dəfə Masazırda yaşanırdı.
Artıq çempionluğu bayram edən ağdamlılar ardıcıl ikinci dəfə “Qızıl dubl”a imza atmaq iddiasında olduğunu cavab matçında da göstərdi. Ağdam klubu bu matçda da qələbə qazanaraq kubokdakı 5 oyunluq qələbə seriyasını uzatmaq çatdırıb - 1:0. Matçın yeganə qoluna 23-cü dəqiqədə Migel Madera imza atıb.
Beləliklə, mayın 25-də keçiriləcək finalda "Qarabağ"la "Neftçi" üz-üzə gələcək.
Azərbaycan Kuboku
Yarımfinal
Cavab oyunları
4 may
Qəbələ - Neftçi 1:1 (penalti - 3:4)
Qollar: Ermin Zets, 75 - Ruslan Qurbanov, 58.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç (44. Rafael Santos, 105), 4. Elvin Camalov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Aleksey Qay (k), 20. Rikardinyo (8. Məhəmməd Mirzəbəyov, 67), 32. Rəşad Eyyubov (7. Ermin Zets, 68), 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 21. Arif Daşdəmirov, 25. Qismət Alıyev, 87. Ruslan Abışov.
Baş məşqçi: Roman Qriqorçuk.
Neftçi: 1. Aqil Məmmədov (k), 3. Jairo Rodriges, 6. Aylton Silva (20. Anete, 72), 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev (26. Kamal Qurbanov, 77), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli (7. Araz Abdullayev, 100), 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 10. Cavid İmamverdiyev, 14. Məhəmməd Qurbanov, 18. Elşən Rzazadə.
Baş məşqçi: Vəli Qasımov.
Sarı vərəqələr: Asif Məmmədov, 20 (qeyri-idman hərəkəti). Elvin Camalov, 44 (qeyri-idman hərəkəti). Samir Zərgərov, 61 (qeyri-idman hərəkəti). Ermin Zets, 120 (fitdən sonra topa zərbə) - Erik Ramos, 61 (qeyri-idman hərəkəti); Aylton Silva, 68 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ şəhər stadionu. 4200 tamaşaçı.
Qarabağ - İnter 1:0
Qol: Migel Madera, 23.
Dəqiq olmayan penalti: Vüqar Nadirov, 69.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 8. Migel Madera (20. Riçard Almeyda, 63), 9. Reynaldo Silva, 18. İlqar Qurbanov (4. Eltun Yaqublu, 63), 32. Elvin Yunuszadə, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev, 97. Mahir Mədətov (22. Əfran İsmayılov, 75).
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 19. Azər Salahlı, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 4. Laşa Kasradze, 6. Laşa Salukvadze (18. Mənsur Nəhavəndi, 66), 9. Qara Qarayev, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov (3. Denis Silva, 46), 24. Fuad Bayramov, 33. Aqşin Quluzadə, 77. Mirsahib Abbasov (20. Yuri Fomenko, 46).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 22. İlkin Qırtımov, 30. Abbas Hüseynov, 39. Elnur Süleymanov.
Baş məşqçi: Zaur Svanadze.
Sarı vərəqələr: Riçard Almeyda, 79 (qeyri-idman hərəkəti). Eltun Yaqublu, 87 (qeyri-idman hərəkəti) - Yuri Fomenko, 64 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
"Əlincə Arena". 2800 tamaşaçı.
Fanat.az