"Neftçi" Azərbaycan Kubokundakı rekordunu yaxşılaşdırıb. Fanat.az xəbər verir ki, "ağ-qaralar" tarixləri ərzində 11-ci dəfə Azərbaycan Kubokunun finalına çıxıb.
İndiyədək hamıdan çox - 10 dəfə final oynayan "Neftçi" 7 dəfə qalib olub, 3 dəfə ikinciliklə kifayətlənib. Paytaxt klubundan sonra finala ən çox çıxan komanda "Qarabağ"dı. 7 dəfə bu şansı qazanan Ağdam klubu 4 halda qızıl medallara sahib çıxıb. "Qarabağ" kimi 4 dəfə kuboku başı üzərinə qaldıran "Kəpəz" heç vaxt finalda uduzmayıb.
"Xəzər Lənkəran" 6 finaldan 3-nün qalibi olub. Lənkəranlılarla eyni sayda kubok qazanan "Bakı" isə buna 3 cəhddə nail olub. "İnşaatçı" (Bakı) və "Şəfa" 1 dəfə finala çıxaraq qalib adını qazanıblar.
"İnter" 4, "Şəmkir" 3, "Kür" 2, "Qəbələ", "İnşaatçı" (Sabirabad), "Xəzri" (Buzovna), "Karvan" və "MKT-Araz" 1 dəfə finala çıxsa da, qalib gələ bilməyib.
"Neftçi" həm də kubok seriyasını davam etdirib. Belə ki, Bakı klubu ardıcıl 5-ci dəfə finala çıxıb. Son 4 mövsümdə 2 kubok qazanan "ağ-qaralar" iki halda ikinciliklə kifayətlənib.
Fanat.az