"Mladost" - "Neftçi" matçı şotlandlara tapşırıldı

"Mladost" - "Neftçi" matçı şotlandlara tapşırıldı

Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” - “Neftçi” oyununa hakim təyinatı açıqlanıb. Fanat.az xəbər verir ki, matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcəklər. 

Baş hakim Kevin Klensi, onun köməkçiləri Alastair Mazer və Stüart Yan Makmillan olacaqlar. Dördüncü hakim funksiyasını Brayan Kolvin yerinə yetirəcək. Oyunun UEFA nümayəndəsi Jan Lui Pyet (Fransa), hakim-inspektoru isə Marian Ruzbarskidir (Slovakiya).

Qeyd edək ki, iyulun 9-da Podqoritsa şəhər stadionunda keçiriləcək “Mladost” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər