"Mançester Yunayted" Nkunkunu neçəyə alacaq? - MƏBLƏĞ

"Mançester Yunayted" Nkunkunu neçəyə alacaq? - MƏBLƏĞ

"Çelsi"nin hücumçusu Kristofer Nkunku qış transfer pəncərəsi dönəmində "Mançerster Yunayted"ə keçməyə yaxındır.

Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 52 milyon avro ödəməyə razılaşacağı halda, keçid yanvarda reallaşacaq.

Baş məşqçi Entso Mareskanın güvənmədiyi adlardan olan Kristoferin yekun qərarını verdiyini vurğulayıb. 

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 17 mayça çıxan Nkunku 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt," portalı Kristoferin transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər