"Mançester Siti"dən daha bir super transfer - FOTOLAR

"Mançester Siti"dən daha bir super transfer - FOTOLAR

"Mançester Siti"nin qadınlardan ibarət komandası supertransferə imza atıb. Fanat.az xəbər verir ki, Mançester təmsilçisi İngiltərə yığmasının və "Everton"un üzvü Toni Duqqanı heyətinə qatıb.

22 yaşlı forvard "Everton"un yeni müqavilə təklifini rədd edib və "Mançester Siti" ilə 3 illik anlaşm imzalayıb. İmzalanma mərasimində klbun bazasını gəzən Duqqan "Mançester Siti"nin kişilərdən ibarət komandasının baş məşqçisi Manuel Pellegrini və ulduz futbolçu Serxio Aquero ilə tanış olub.

Qeyd edək ki, ötən mövsüm "Everton"da 13 qol vuran gənc hücumçu milli komandadakı performansı ilə də diqqəti çəkib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər