"Mançester Siti"nin heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Pep Qvardiola "Arsenal"dan Hektor Bellerinin transferini istəyib.
Məlumata görə, "Mançester Siti" bu futbolçu üçün London klubuna təklif göndərməyə hazırlaşır. "Şəhərlilər"in müdafiəçiyə görə "Arsenal"a 51 milyon avro təklif edəcəyi deyilir.
Qeyd edək ki, "Arsenal" Hektor Bellerini 16 yaşında "Barselona"dan transfer edib. 21 yaşlı futbolçu ötən mövsüm 44 rəsmi oyuna çıxaraq 1 qol vurub. İspaniya millisində 3 oyun keçirən müdafiəçiyə "Transfermarkt" 18 milyon avro qiymət qoyub.
Fanat.az