"Mançester Siti"nin transfer etmək istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, yayda komandanın başına keçəcək Pep Qvardiola Amadu Diavaranın transferini istəyib.
Artıq "Mançester Siti"nin "Boloniya"da çıxış edən yarımmüdafiəçinin transferi üçün danışıqlara başladığı bildirilir. İngiltərə klubu qarşı tərəfə 15 milyon avro təklif edir.
Qeyd edək ki, Amadu Diavara yayda "San Marino" klubundan "Boloniya"ya 600 min avroya transfer edilib. O, İtaliya klubunun heyətində 31 rəsmi oyuna çıxıb.
Fanat.az