"Mançester Siti" ciddi itki ilə üzləşib.
Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın müdafiəçisi Vensan Kompani zədələnərək sıradan çıxıb.
Çempionlar Liqasının 1/8 finalının Kiyev "Dinamo"su ilə cavab görüşündə (0:0) zədələnən belçikalı futbolçu oyunu davam etdirə bilməyib. Matçın 7-ci dəqiqəsində əvəzlənən Kompaninin ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı məlum olub.
Qeyd edək ki, Belçika millisinin üzvü 2008-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur.
Fanat.az