"Mançester Siti" - "Real" matçı türk hakimlərə tapşırıldı

"Mançester Siti" - "Real" matçı türk hakimlərə tapşırıldı

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində baş tutacaq bir matça hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) oyununu türk hakimlərə tapşırıb.

Görüşü Cüneyt Çakır idarə edəcək. Ona Cem Satman və Tarik Ongün yardımçı olacaq. Dördüncü hakim funksiyasını Serkan Ok yerinə yetirəcək. Hüseyn Göçek və Barış Şimşek isə oyuna əlavə köməkçi hakim kimi təyinat alıb.

Qeyd edək ki, "Mançester Siti" - "Real" matçı aprelin 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 22.45-də başlayacaq. Bir gün sonra baş tutacaq "Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya) görüşünün hakimləri hələ açıqlanmayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər