"Mançester Siti" "bomba"nı partlatdı - RƏSMİ

"Mançester Siti" "bomba"nı partlatdı - RƏSMİ

"Mançester Siti" yeni transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, İngiltərə klubu Leroy Saneni heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, "Şalke 04"dən alınan futbolçu ilə bu gün 2021-ci ilədək davam edəcək müqavilə imzalanıb. Almaniya millisinin üzvü yeni klubunda 19 nmrəli formanı geyinəcək.

Məlumata görə, "Mançester Siti" bu transferə 50 milyon avro xərcləyib. 

"Mançester Siti" "bomba"nı partlatdı - RƏSMİ

Bu Pep Qvardiolanın yeni komandasında 5-ci transferi olub. "Şəhərlilər" bu yay Sanedən əvvəl İlkay Gündoğan, Nolito, Aleks Jinçenko və Aaron Mooyu transfer edib.

Qeyd edək ki, Leroy Sane 15 yaşında - 2011-ci ildə "Bayer"dən "Şalke 04"ə keçib. Ötən mövsüm 42 rəsmi oyuna çıxan 20 yaşlı yarımmüdafiəi 8 qol vurub. Hazırda "Transfermarkt" ona 30 milyon avro qiymət qoyub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər