"Mançester Siti" ilin ilk kubokunu qazandı - VİDEO

"Mançester Siti" ilin ilk kubokunu qazandı - VİDEO

İngiltərə Liqa kubokunun 2015/16 mövsümünün qalibi bəlli olub. Fanat.az xəbər verir ki, final matçında "Liverpul"la "Mançester Siti" qarşılaşıb. 

Oyunda qollar ikinci hissədə vurulub. Əvvəlcə 49-cu dəqiqədə Fernandinyo "Mançester Siti"ni hesabda önə çıxarıb. Ancaq sona 6 dəqiqə qalmış Koutinyo matçda tarazlığı bərpa edib -1:1.

Qalibi müəyyənləşdirmək üçün təyin olunan əlavə vaxtda da qol olmayınca, penaltilər seriyasına ehtiyac duyulub. "Mançester Siti"li futbolçular daha dəqiq oynayaraq 3:1 hesablı qələbəyə sevinib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər