İngiltərə Premyer Liqasında lider "Mançester Siti"dən 4 хal geri qalan "Mançester Yunayted" çempionluq yarışında iddiasını artırmaq üçün qışda heyətini gücləndirməyə hazırlaşır. Fanat.az хəbər verir ki, "qırmızı şeytanlar"ın qışda heyətinə qatmaq istədiyi iki ulduzun adı müəyyənləşib.
Bunlardan biri Qaret Beyldi. "Real"da Kriştiano Ronaldonun kölgəsində qalan uelsli ulduzun transferi üçün menecerinə müraciət edən "Mançester Yunayted" müsbət cavab alıb. İngiltərə klubu 100 milyon avro dəyəri olan futbolçunu qışda transfer edə bilməsə, 2016-cı ilin yayında mütləq heyətinə qatacaq.
"Mançester Yunayted"in hədəfindəki digər ulduz Felipe Andersondu. İngilislər braziliyalı yarımmüdafiəçi üçün "Latsio"ya 56 milyon avro təklif edir. İtaliya klubu isə 22 yaşlı oyunçusu üçün 80 milyon avro tələb edir.
Fanat.az