İngiltərə Liqa Kubokunun (Capital One Cup) qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, turnirin final matçında "Mançester Siti" "Sanderlend"lə qarşılaşıb.
Hesabı 10-cu dəqiqədə "Sanderlend"dən Fabio Borini açıb. İlk yarıda məğlub olan "Mançester Siti" 55-ci dəqiqədə Yaya Ture, bir dəqiqə sonra Samir Nasrinin qolları ilə önə kəçib. Son nöqtəni isə 90-cı dəq qədə Xesus Navas qoyub - 3:1.
Qeyd edək ki, "Mançester Siti" ilk dəfə 1970, ikinci və sonuncu dəfə 1976-cı ildə Liqa Kubokuna sahib çıxmışdı. Bir sözlə, şəhərlilər 38 ildən sonra bu kuboka sahib çıxıb.
Fanat.az