"Mançester Siti" növbəti trasnferini reallaşdırıb. Fanat.az xəbər verir ki, "şəhərlilər" Kolumbiyanın "Atletiko Nasional" klubundan Marlos Morenonu transfer edib.
19 yaşlı hücumçu ilə 5 illik sözləşmə imzalanıb. Bu keçid "Mançester Siti"yə 4,75 milyon funt-sterlinqə başa gəlib.
Ancaq Moreno yeni mövsümdə Pep Qvardiolanın rəhbərliyi altında çıxış etməyəcək. Belə ki, o, İspaniyanın "Deportivo" klubuna icarəyə verilib.