Azərbaycan millisi qrupda birinci yeri tutmaq istəyirsə, Lixtenşteynə qalib gəlməlidir. Fanat.Az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib. Mütəxəssis Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynə qarşı keçirəcəkləri qarşılaşmanı dəyərləndirib: "Bizim üçün vacib oyundur. Qrupda birinci yeri tutmaq istəyiriksə Lixtenşteynə qalib gəlməliyik. Rəqib komanda istəklidir, itirəcəkləri heçnə yoxdur. Matç ərzində əks hücumlara üstünlük verəcəklər. Biz də öz növbəmizdə çalışacağıq ki, rəqib komandanın müdafiə xəttini məharətlə yaraq. Azarkeşlərimizin önündə yaxşı oyun nümayiş etdirərək qələbə qazanmaq istəyirik". Xatırladaq ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
"Lixtenşteynə qalib gəlməliyik" - Ayxan Abbasov
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
20:14
06.10.2026
"Qarabağ"ın futbolçusu Kərbəladan şəhidlərimizi yad etdi
Azərbaycan futbolu
17:33
06.10.2026
"Şahdağ Qusar"ın idman direktoruna töhmət verildi
Azərbaycan futbolu
16:04
06.10.2026
"Oyunun gedişindən asılı olaraq, 1 xal da dəyərli ola bilər, amma "Səbail"lə matçda..." - "Karvan-Yevlax"ın kapitanı
Azərbaycan futbolu
14:17
06.10.2026
"Səbail"in futbolçusu uzun müddətə sıradan çıxdı